Samed Vurgun str., 43, World Business Center 15/1

Həftə içi hər gün: 9:00 - 18:00

news

AJANC jurnalı məqalə qəbulu elan edir!

Azərbaycan Nefroloqlar Cəmiyyətinin Azərbaycan Nefrologiya, Dializ və Transplantologiya Jurnalı böyük məmnuniyyətlə növbəti nömrə üçün abstrakt və məqalələrin qəbulunu elan edir.

Tezis və Məruzələrin qiymətləndirilməsi:

  • Məruzələrin tezisləri, abstrakt və məqalələr Redaksiya Kollegiyası tərəfindən qiymətləndiriləcək
  • Gələcək konfranslar üçün şifahi çıxışların tezisləri, videoprezentasiyaların və stend məruzələrin tezisləri elektron jurnalda dərc olunacaqdır
  • Tezislər düzgün doldurulmayan halda redaksiya heyəti onun dərcindən imtina edə bilər
  • Reklam xarakterli məlumatların (cihaz, dərman) qəbulu imtina oluna bilər
  • Birinci müəllif məqalələrin, tezislərin və ya abstraktların qəbul olunması haqqında məlumatlandırılacaqdır
  • Təqdim olunan elmi məlumatın elektron və/və ya çap nəşrdə dərc olunması redaksiya heyəti tərəfindən müəyyən olunacaqdır
  • Bütün elmi əlyazmalar resenziya olunur
  • Dərc olunmuş məlumatların doğruluğu və etibarlılığı haqqında cavabdehliyi məlumatı təqdim edən müəlliflər daşıyır